Azərbaycanda “Qaloş piri” biabırçılığı

  • 09.06.2019
  • 0

Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub. Videoda “Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər.

Məlumata görə, görüntü Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.

Nə düşünürsən?