Bakıda avtomobil piyadanı vuraraq öldürüb

  • 09.06.2019
  • 0

Bakıda avtomobilin piyadanı vurması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində baş verib.

Belə ki, 63 yaşlı Nadir Gözəlov yolu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu Fikrət Məmmədov idarə etdiyi "Naz lifan" markalı avtomobillə vurub.Yaralı piyada 1 saylı kliniki tibbi mərkəzə çatdırılıb. Koma vəziyyətində olan yaralının həyatını xilas etmək mümükün olmayib. O, xəstəxanada dünyasını dəyişib. Araşdırma zamanı məlum olub ki, qəza zamanı ölən piyada sərxoş olub. Məlumata görə, Nadir Gözəlov hadisə baş verən ünvanın yaxınlığında şadlıq sarayından çıxıb. O, yolu keçərkən sərxoş vəziyyətdə olub.

Nə düşünürsən?