Oğuzda sel suları pay torpaqlarını sıradan çıxarır

  • 08.06.2019
  • 0

Oğuzda sel suları cayın məcrasını genişləndirir, ətrafda olan bağlar yuyularaq çaya qarışır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Oğuz rayonunun Filfilli kəndindən gedir.

Kənddə hazırda 870 nəfərdən çox insan yaşayır. Bu kəndin pay torpaqları əsasən kəndin aşağı hissəsində Qalaçayın sağ sahilində yerləşir. Tez-tez selin gəlməsi nəticəsində torpaqlar yuyulur. Hazırda 60-dan çox ailənin pay torpaqlarının bir qismi yuyulmaya məruz qalıb.

Kənd sakinləri vəziyyətdən çıxış yolunu cayın sağ sahilində bərkitmə bəndinin salınmasında ğörürlər. Sakinlər bildirir ki, əgər qarşısı alınmasa onlara aid olan pay torpaqları tədricən yoxa çıxacaq.

Kənd icra nümayəndəliyindən isə bildirilir ki, yaranmış vəziyyətlə bağlı aidiyyati qurumlara məlumat verilib.

Nə düşünürsən?