Qaxda 3 tona yaxın narkotik bitki məhv edilib

  • 08.06.2019
  • 0

Qaxda 3 tona yaxın narkotik bitkilər məhv edildi.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Cebhe.info-ya verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə bitkiləri aşkar edilib.

Ümumi çəkisi 3 tona yaxın olan 5350 ədəd həmin narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılma üsulu ilə məhv edilib.

Cebhe.info

Nə düşünürsən?