Nitqi qüsurlular üçün təlim keçirildi

  • 08.06.2019
  • 0

Diksiya akademiyası təlimlər keçirir

Bəzən insanlar özlərini ifadə etməkdə, cümlələrin qurulmasında çətinlik çəkirlər.

Diksiya Akademiyası əsas ünsiyyət bacarıqlarının formalaşdırılmasına, nitq qüsurlarının aşkarlanması və cilalanmasına, eyni zamanda çıxış həyəcanının aradan qaldırılmasına xidmət edir.

Təşkil olunan bu dərslərə yaşından asılı olmayaraq hər kəs qatıla bilər. Xüsusilə də az yaşlılar çox gec olmadan öz nitqlərindəki qüsurları aradan qaldırmalıdır.

Diksiya Akademiyasının əsas metodikası təcrübə üzərində qurulub. Təlimə gələnlər burada yalnız nitqlərindəki qüsurları aradan qaldırmırlar, eyni zamanda, bədən dilini də öyrənirlər.

Erkən yaşlarda bəzən uşaqlarda kəkələmə, düzgün olmayan səs tələffüzü kimi nitq qüsurları özünü göstərir. Müasir dövrdə altı yaşına qədər uşaqların 30 faizdən çoxu tələffüz qüsurlarına malikdir.

Nə düşünürsən?