Zəhranı qaçırana cinayət işi açıldı

  • 07.06.2019
  • 0

3 yaşlı Z.Bağırovanı oğurlayan T.Nəzərovaya 3 ay həbs verildi

Üç yaşlı Zəhra Bağırovanın oğurlanması ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirib ki, şübhəli qismində saxlanılan Tərgül Nəzərova barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Z.Bağırova iyun ayının 4-də itkin düşüb, iyunun 6-da isə tapılıb.

Nə düşünürsən?