Alman sirkindən inanılmaz yenilik

  • 07.06.2019
  • 0

1976-cı ildən fəaliyyət göstərən "Ronkalli Sirki” (Circus Roncalli) bundan sonra heyvanlardan istifadə etməmək qərarına gəlib. Belə ki, onlar tamaşalarında canlı heyvanlardan istifadəyə, heyvanlara qarşı qəddarlığa son qoyaraq, sirkdə 3D holoqram texnologiyasının istifadəsinə başlayıblar. Qeyd edim ki, həmin sirk 1990-cı illərdən bəri bir çox heyvanlarından istifadə etmirdi. 2018-ci ildən bəri isə atların istifadəsini də dayandırmağa qərar vermişdir.


"Ronkalli Sirki" "Bluebox" və "Optoma" kimi şirkətlərlə əməkdaşlıq etməklə, lazer proyeksiyalarını layihələşdirib. Artıq sirkin tamaşalarında canlı heyvanlardan deyil, nəhəng fillərin, atların və balıqların lazer texnologiyasına əsaslanan heyrətamiz 3D holoqramlarından istifadə edilir.


Verdiyi bu insani qərara görə Sirkin addımı sosial şəbəkələrdə çoxsaylı istifadəçilər tərəfindən çox yüksək qiymətləndirilib.

Nə düşünürsən?