Peskovdan Qarabağ təkzibi

07.06.2019 | 2 | 0

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş zamanı Dağlıq Qarabağ Münaqişəsinin müzakirə olunduğu barədə Ermənistanın kütləvi informasiya vasitələrininin yaydığı xəbəri təkzib etdi. 

 "Qarabağ münaqişəsi müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb"

Xatırladaq ki,iyunun 6-da Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüş keçiriblər.

Ermənistanın kütləvi informasiya vasitələri də Ermənistanın baş naziri nikol paşinyanın mətbuat katibi Vladimir Karapetyana istinadən görüşdə Dağlıq Qarabağ problemi müzakirə edildiyi xəbərini yaymışdılar.


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?
Loading...