Daşqınlara görə fövqəladə hal elan edildi

  • 07.06.2019
  • 0

Serbiya hakimiyyəti daşqınlara görə ölkədə fövqəladə hal elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, evlərinin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalan 300-dən çox insan təhlükəsiz əraziyə təxliyə edilib. Ən çox zərər çəkən ərazilərdən biri isə Serbiyanın mərkəzindəki Trstenik şəhəri olub ki, orada ilk daşqın qurbanı - 60 yaşlı kişinin meyiti aşkar edilib. Bundan əlavə, 13 körpü və 22 avtomobil yolu suyun altında qalıb. 

Nə düşünürsən?