Neymarın məşhur modellə oteldə intim görüntüləri yayıldı

  • 06.06.2019
  • 0

PSJ-nin ulduzu Neymar tərəfindən təcavüzə uğradığını deyən Najila Trindade Mendes de Souza hadisəinin təfərrüatlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, braziliyalı model hadisənin mayın 15-də Parisdəki otellərdən birində baş verdiyini deyib. 

Model bildirib ki, həmin gün oteldə təşkil edilən bir tədbirə Neymarla birlikdə qatılıb. Najila qeyd edib ki, hələ səfərdən öncə Neymarla birlikdə olmaq niyyətində olub. Lakin futbolçunun kobud davranışından şikayət edib: "Maliyyə problemlərinə görə, səfər və oteldə qalma xərclərimi Neymar ödədi. Lakin daha sonra onun fərqli insan olduğunu gördüm. Otaqda qoruyucusuz cinsi əlaqə qurmağımızı istədi. Ardından sərt şəkildə ayaqlarıma vurmağa başladı. Onun təcavüzünün qurbanı oldum. Neymarla heç vaxt sevgili olmaq barədə düşünməmişəm. Bəli, yeganə gözləntim cinsi əlaqə idi".

Bu arada Neymar və Najilanın oteldə mübahisə etdiyi görüntülər yayılıb.

Nə düşünürsən?