ABŞ-da güclü patlayış baş verib, xəsarət alanlar var

  • 06.06.2019
  • 0

ABŞ Müstəqillik Günü üçün hazırlanan pirotexniki vasitələr yanğınsöndürənlər tərəfindən qablaşdırılan zaman partlayış baş verib.

Nyu-Meksiko ştatında ABŞ Müstəqillik Günü üçün hazırlanan pirotexniki vasitələr yanğınsöndürənlər tərəfindən qablaşdırılan zaman partlayış baş verib.

Qalanews.com bildirir ki, partlayış nəticəsində 12 yanğınsöndürən xəsarət alıb.

Məlumata əsasən, onlardan 2-si helikopter vasitəsi ilə xəstəxanaya çatıdırılıb, 10-nuna isə hadisə yerində tibbi yardım göstərilib.

Partlayışın səbəbi araşdırılır.

Nə düşünürsən?