Onun 13 övladı, 51 nəvəsi, 61 nəticəsi və bir də kötücəsi var

  • 05.06.2019
  • 0

Bayram günlərində hər övlad imkan daxilində öz valideynini, böyüyünü ziyarət edir, onlara baş çəkir. Amma təəssüf ki, hər övlad valideynləri qarşısındakı bu vəzifəsinin fərqində olmur. İndi sizə təqdim edəcəyimiz nənənin isə ümumilikdə 126 övladı, nəvə, nəticə və kötücəsi var. Amma sayın çox olması heç nəyi dəyişmir. Onlardan bir nəfər də olsun, gəlib ağbirçək nənəyə baş çəkmir.

Bayram paylaşmaq, bayram sevgidir. Bayram həm də böyüklərə hörmət və onları ziyarətdir. Bir çoxları bayramda bu adətlərə riayət etsələr də, böyüyünü unudanlar da olur... Elə bu ağbirçək nənə kimi. 81 yaşlı İydə Muradovanın gözləri hər bayramda olduğu kimi bu Ramazanda da yollarda qalıb..

Onun 13 övladı, 51 nəvəsi, 61 nəticəsi və bir də kötücəsi var. Övlad sayı çox olsa da, amma sevgi payı çox azdır. Çünki bayram günlərində gözləri qapıda qalır. Nə arıyanı olur, nə də soranı.. Bir tək ən kiçik oğlunun yanında qaldığı üçün elə dadına çatanı da o odur.

Nəvə, nəticə və kötücələrinin sayı 113 olsa da, nənə onlardan çox da incimir. Onu əsas məyus edən oğul və qızlarının həm ona, həm də bir-birlərinə biganə münasibətidir.

Nənənin ən böyük arzusu cavanlığındakı kimi öz evində övladlarının ətrafında olmasıdır.

Bu ağbircək qadın indi hansısa bir doğmasının ona zəng vurmasını və ya baş çəkməsini gözləyir.

Nə düşünürsən?