Bakıda Ramazan yarmarkası

  • 05.06.2019
  • 0

Alıcılara təklif olunan məhsullar bazar qiymətindən aşağıdır

Ramazan bayramı ilə əlaqədar paytaxtın Nizami və Yasamal rayonlarında yarmarkalar təşkil olunub.

Satışa çıxarılan meyvə, tərəvəz, bal və ət məhsulları alıcılara bazar qiymətlərindən aşağı təklif edilir.

Elə qiymətlərin ucuzluğunu fürsət bilən vətəndaşlar bayram süfrəsini zənginləşdirmək üçün bu yarmarkalara üz tutub.

Yarmarkadakı alıcı sıxlığı müxtəlif bölgələrdən məhsullarını satmağa gələn təsərrüfatçıların ürəyincədi. Satıcılar onlar üçün yaradılan imkanlardan da razılıq etdi

Ramazan yarmarkası iyun ayının 7-nə qədər davam edəcək.

Bayramınız mübarək.

Nə düşünürsən?