Bu kəndlərdə evlər arasında hasar yoxdur

  • 05.06.2019
  • 0

Tovuzun bir neçə kəndi dağın ətəyində, meşəlik ərazidə yerləşir. Həmin kəndlərdəki evləri bir-birindən ayırmaq üçün və ya təhlükəsizlik məqsədi ilə hər hansı hasar, eləcə də çəpər yoxdur. Bu kəndlərdəki evlərin qapısına qıfıl da vurulmur.

Bu kəndlərdə evlər arasında çəpər və ya hasar yoxdur.

Görüntülər Tovuzdandır. Çataq inzibati dairəsinə daxil olan 3 kəndin evləri dağlıq və dağətəyi ərazidə, bir-birinə yaxın tikilib. Buradakı evləri bir-birindən daş hasar və ya tikanlı koldan ibarət çəpərlər ayırmır. Bütün evlərin pəncərələri də digər qonşuya tərəf açılır.

Əkinçiliq və maldarlıqla məşğul olan sakinlər əkin sahələrini də birlikdə becərirlər. Onlar evdən çıxanda qapıları da bağlamırlar. Bu da sakinlər arasında olan mehribançılıqdan irəli gəlir.

Bu cür mənzərə kəndlərə gələn qonaqların da diqqətini çəkir. Onlar bu mənzərini görüb təəccüblərini gizlədə bilmirlər.

Bu ərazidəki kəndlərin hamısı turizm potensialına görə də diqqət çəkir.

Nə düşünürsən?