Bakıda avtobus sürücüsü ilə sərnişin əlbəyaxa dava etdi - Anbaan görüntülər

  • 04.06.2019
  • 0

Dava sərnişinin avtobusa uşaq arabası ilə daxil olduğu üçün düşüb

Bax.tv "Bakucity.az"a istinadla xəbər verir ki, hadisə bu gün 18:37 radələrində paytaxtda sərnişindaşıma fəaliyyəti göstərən 18 nömrəli avtobusda baş verib. 

Belə ki, avtobusa orta qapıdan uşaq arabası ilə daxil olan sərnişindən sürücü avtobusu tərk etməyi tələb edib. Sərnişin isə ön qapıdan uşaq arabası ilə daxil olmağın mümkün olmadığına görə orta qapıdan daxil olduğunu və ödənişi edəcəyini bildirdikdə isə sürücü etiraz edib: "Ön qapıdan mümkün deyil düş get hansı avtobusla gedirsən get, gərək bununla gedəsən?" deyə qışqırıb.

Sürücünün haqsız olduğunu bildirən digər sərnişin isə sürücü tərəfindən "sən kimsən ki, etiraz edirsən, düş avtobusdan və s."  kimi ifadələrlə təhqir olunub. Daha sonra  avtobusdan düşən sürücü həmin sərnişini "söhbətə" çağırıb.

Əlbəyaxa dava avtobusun digər sərnişinləri tərəfindən dayandırılıb.

Nə düşünürsən?