Avtobuslar dayanacağa daxil ola bilmir

  • 04.06.2019
  • 0

Avtobuslar üçün nəzərdə tutulan xüsusi ciblərdə minik maşınları park edilib.

Bu səbəbdən avtobuslar dayanacağa çətinliklə daxil olurlar. Eyni anda bir neçə avtobusun dayanacağa daxil olaq istəməsi vəziyyəti daha da çətinləşdirir. Görüntülər Yasamal rayonu, Nəriman Nərimanov prospektindəndir. Prospekt boyu avtobus dayanacaqları sözün əsl mənasında minik maşınlarının park zonasına çevirilib. Bəzi minik maşınlarının məsuliyyətsizliyi sərnişinləri və avtobus sürücülərini əziyyətə salmaqla yanaşı, təhlükəyə atır

Bənzər mənzərə 3-cü mikrorayon dairəsi kimi tanınan ərazidə və metronun əcəmi stansiyasının ətrafında da müşahidə edilir. Buradakı vəziyyət daha da acınacaqlıdır. Bundan ən çox əziyyət çəkənlər isə sözsüz ki, piyadalar və sürücülərdir

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, qeyd edilən ərazilərdə Agentliyinəməkdaşları tərəfindən dayanma və durma qaydalarını pozan sürücülərə qarşı tədbirlər görülür.Qarşıdakı günlərdə həmin tədbirlər daha da gücləndiriləcək.

Nə düşünürsən?