Azərbaycanda meyiti maşında tapılan sevgililər

  • 04.06.2019
  • 0

Xəbər verdiyimiz kimi, Azərbaycanda evli və iki uşaq atası Vasif Abbasov qeyri-rəsmi münasibətdə olduğu Aygünü bıçaqlayıb öldürüb. Daha sonra sevgililər ağır qəzada həlak olublar. BiG.AZ birlikdə həlak olan sevgililəri təqdim edir: - Sumqayıtda maşında gənc oğlanla qızın meyiti tapılmışdı. Belə ki, əsgərliyə getməyə hazırlaşan Kənan sevgilisi Sevinc Mütəllimova ilə qarajlarında görüşüb. Maşında kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib. Qızın valideynləri onun evdə yoxluğundan narahat olublar və axtarışa başlayıblar. Nəticədə sözügedən qarajda gənclərin meyiti aşkarlanıb. -Bakıda, Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən binanın qarajında 21 yaşlı Elşən Əhmədovla Aysu İsmayılovanın meyiti tapılıb. Araşdırmlar zamanı məlum olub ki, 21 yaşlı Aysu İsmayılova evli olub. Onun rəsmi nikahdan bir körpə övladı da var. Cütlük Aysu ailə qurmazdan əvvəl bir-birini tanıyırmış. Onların meyitlərinin necə tapılmasına gəlincə, 21 yaşlı oğlanın anası onun evə gəlməməsindən narahat olub. Daha sonra maşının qarajda olub-olmadığını öyrənmək üçün binanın qarşısına gedib. Bu zaman qadın dəhşətli mənzərənin - oğlu ilə sevgilisinin maşında öldüyünün şahidi olub. -Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində beşmərtəbli binanın həyətində yerləşən qarajdakı "Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü K.Ə. və 1990-cı il təvəllüdlü E.Z. intim münasibətdə olarkən qazdan boğularaq ölüb. E.Z.nişanlı olsa da, uzun müddət imiş ki, Könül Ə. ilə sevgi münasibətində olub. O, K.Ə. ilə ailə həyatı qurmaq istəsə də, oğlanın ailəsi buna qarşı olub. Hadisə baş verən gün E.Z. K.Ə-ya zəng edərək sentyabrın 7-si toyu olacağını, son dəfə onunla görüşmək istədiyini bildirib. Gözəllik salonunda çalışan K.Ə. anasından qaynaq edəcəyi adıyla icazə alaraq evdən gedib. E ilə münasibətlərindən xəbərdar olan K.Ə-nın anası qızının saat 21:00-dan getdiyini 00:30-a qədər gəlmədiyini görüncə qızına zəng edir. Bu zaman K.Ə. anasına gələcəyini bildirsə də, sonradan onun telefonuna zəng çatmır. Daha sonra hər iki tərəfin ailəsi onların qarajda boğulduqlarından xəbərdar olur.


Nə düşünürsən?