Gecə məzarlıqda itlərini axtaran uşaqlar şok mənzərə ilə qarşılaşdı

  • 04.06.2019
  • 0

Türkiyənin Kocaeli vilayətində itlərinin axtarışına çıxan uşaqlar, məzarlıqda dəhşətli mənzərə ilə üzləşiblər.

Oxu24.com  İxlas xəbər agentliyinə istinadən məlumat verir ki, onlar qabın içində döl tapıblar. Dölün 15 həftəlik olduğu güman edilir. Dərhal hadisə barədə polisə məlumat verilib. Araşdırmalar nəticəsində məlum olub ki, döl təqribən 1 ay əvvəl əraziyə atılıb.

Polis araşdırmaları davam etdirir. Müşahidə kameralarının qeydi əsasında dölü əraziyə atan şübhəlilərin kimliyi dəqiqləşdirilir.

Nə düşünürsən?