Ermənistan münaqişənin həllində maraqlı deyil

  • 03.06.2019
  • 0

Ötən həftə Azərbaycan ordusunun zabitinin cəbhə xəttində Ermənistan tərəfindən qətlə yetirilməsi vəziyyəti gərginləşdirmək və status kvonu saxlamaq məqsədi güdür. Bu fikri səsləndirən hərbi ekspertlər bildirir ki, üstəlik düşmənin bunu ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı etməsi onu göstərir bu ölkə münaqişənin həllində maraqlı deyil.

Ermənistan silahlı qüvvələri tərəfindən cəbhənin Ağdam rayonu istiqamətindəAzərbaycan ordusunun zabiti Aqil Omarovun snayperlə qətlə yetirilməsi cəbhə xəttində vəziyyəti gərginləşdirmək və bununlada mövcud status kvonu saxlamaq məqsədi güdür. Bu açıqlama ilə çıxış edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bidirib ki, üstəlik düşmən bu hərəkəti ilə heç bir beynəlxalq təşkilata məhəl qoymadığını göstərir.

Hərbi ekspert bildirir ki, Qondarma Dağlıq Qarabağ ilə Ermənistanın rəhbərliyiarasında olan gərginlik cəbhə xəttinə də təsir edir.Amma Baş nazir Nikol Paşinyan bilməlidir ki,öz sələflərinin səhvlərini təkrarlamağa davam edəcəksə, bu, onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq.

Şair Ramaldanov bildirir ki, bu münaqişədə beynəlxalq ictimaiyyətin üzərinə də böyük yük düşür . Beləki beynəlxalq ictimaiyyət və ilk növbədə həmsədr ölkələr Ermənistanın bu təxribatını birmənalı şəkildə pisləməlidir.Status-kvo isə Ermənistana qarşı ciddi təzyiqlə dəyişməli, sülh prosesi və işğalın nəticələrinin aradan qaldırılması yolu açılmalıdır.

Nə düşünürsən?