Avtomobil üçün soyuduculara maraq artdı

  • 03.06.2019
  • 0

Havaların isinməsi avtomobil soyuducularına marağı artırıb.

Satıcılar deyirlər ki, son günlər bu soyuducuları alıb, avtomobilinə quraşdıranların sayı çoxalıb. Belə soyuducular ən çox uzun məsafəyə səfər edənlərin işinə yarayır. Satıcıların sözlərinə görə, 10 və 20 litirlik olan avtomobil soyuducuları avtomobilin əsasən yük yerinə quraşdırılır.

Avtomobilin mühərriki işlək vəziyyətdəolmasabelə soyuducular məhsulu 2-3 saat soyuqrejimdəsaxlaya bilir..Belə soyuducuların qiymətləri istehsalçısına və həcminə görə dəyişir.

Qeyd edək ki, iki rejmli olan avtomobil soyuducuları qışda da sürücülərin işnə yarayır.

Nə düşünürsən?