Bakıda “Ravon” dərəyə yuvarlandı, 2 nəfər öldü

  • 03.06.2019
  • 0


Bakının Yasamal rayonunda “Ravon” markalı minik avtomobili dərəyə aşıb

 Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1988-ci il təvəllüdlü Abbasov Vasif Əliyəddin oğlunun və sərnişin, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızının meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Nə düşünürsən?