“Lada” “Shacman”la toqquşdu, sürücü öldü

  • 03.06.2019
  • 0

Abşeron rayonunun Masazır qəsəbəsində “Lada” markalı avtomobil və “Shacman” markalı yük maşını toqquşub.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?