Vanqanın Türkiyə ilə bağlı dəhşətli proqnozları gerçəkləşir?

  • 03.06.2019
  • 0

Son günlər Türkiyədə seysmik fəallığın artması bolqar kahin Vanqanın proqnozlarını yenidən gündəmə gətirib. Məsələ burasındadır ki, Vanqa 2019-cu ildə güclü zəlzələnin baş verəcəyini ehtimal edib. Xatırladaq ki, ötən gün Türkiyənin Sakarya vilayətində rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az-ın Türkiyə mənbələrinə istinadən məlumatına görə, bəzi geofiziklər hesab edir ki, bu, Mərmərə regionunda gözlənilən güclü yeraltı təkanların xəbərçisidir. Qeyd edək ki, Vanqadan fərqli olaraq Nostradamus ehtimal etdiyi zəlzələ üçün dəqiq ünvan göstərib. O, 2019-cu ildə Türkiyə sahillərində güclü yeraltı təkanların baş verəcəyini irəli sürüb.

Lakin bəzi geofiziklər proqnozları qəbul etmir. Onların fikrincə, Türkiyədə baş verən zəlzələlər seysmik fəallığın artmasına işarə deyil. Bu sadəcə sıradan yeraltı təkanlardır.

Güclü yeraltı təkanların başvermə illərinə diqqət çəkən türkiyəli ekspertlərin sözlərinə görə, təqribən hər 20-25 ildən bir bölgədə güclü seysmik fəallıq müşahidə olunur. Sonuncu dəfə Türkiyədə güclü zəlzələ 1999-cu ildə Mərmərə bölgəsində qeydə alınıb. 7,5 bal gücündəki zəlzələ 17480 nəfərin ölümünə səbəb olub..

Nə düşünürsən?