Venesiyada dəhşətli qəza: yaralılar var

02.06.2019 | 4 | 0

Venesiyada “MSC Opera” kruiz layneri ilə içərisində 130 nəfər olan “River Countess”  gəzinti teploxodunun toqquşması nəticəsində ən az 5 nəfərin yaralandığı bildirilir. 

Hadisə dünən San-Bazilio limanında baş verib. Katerdə olan 4 nəfər ağır yaralanıb. Laynerdəki sərnişinlərdən bir nəfərin xəsarət aldığı bildirilir.

İlkin ehtimallara görə, qəzaya laynerin nasazlığı səbəb olub və sahilə çatsa da, dayana bilməyib.

Hadisə yerinə fövqəladə hallar üzrə xidmətin əməkdaşları cəlb olunub.

Nə düşünürsən?
Loading...