Futbolçunun arvadı polislə avtomobildə sevişərkən tutuldu

  • 02.06.2019
  • 0

Tanınmış futbolçunun arvadının polis əməkdaşı ilə avtomobildə cinsi əlaqədə olarkən tutulduğu iddia edilir. Səyyar Tv xarici mətbuata istinadla xəbər verir ki, bu iddia ilə Daily Record nəşri çıxış edib. Deyilənlərə görə futbolçunun xanımı superintendantla parkda cinsi əlaqədə olub. Onlar Şotlandiyanın Edinburq şəhərindəki mərkəzi parkın yaxınlığında, avtomobildə sevişərkən tutulublar. Futbolçunun adı açıqlanmasa da, onun əvvəllər Şotlandiyanın "Heart of Midlothian" klubunda oynadığı deyilir. Qadının isə 40 yaşı var və onlar idman zalında tanış olublar. Gareth Blair adlı superintendant bu əməlinə görə vəzifəsindən kənarlaşdırılıb. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Nə düşünürsən?