Heyvan kəsimi belə aparılmalıdır...

  • 31.05.2019
  • 0

Təqdim olunan yeni videoçarx qanunvericilik çərçivəsində heyvan kəsiminin necə həyata keçirilməsi ilə bağlıdır. Çarxda heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin heyvanın saxlanması, daşınması və kəsimi zamanı mövcud baytarlıq-sanitariya və sanitar-gigiyena tələblərinə riayət etmələrinin vacibliyi öz əksini tapıb.

Video-çarxda kəsim məntəqəsinə gətirilən heyvanın mütləq baytar müayinəsindən keçməli olduğu vurğulanır. Heyvanın kəsimdən istehlaka təqdim edilməsinə qədər bütün mərhələləri özündə əks etdirən çarxda temperatur rejiminə əməl olunmasının vacibliyinə diqqətə çatdırılır. Eyni zamanda ət və ət məhsullarının müvafiq qaydada soyudulmadıqda və uyğun şəraitdə saxlanılmadıqda mikroorqanizmlərin inkişaf etməsinə, bu da öz növbəsində ətin vaxtından əvvəl xarab olmasına, qida mənşəli xəstəlik və zəhərlənmə risklərinin artmasına səbəb olduğu bildirilir.

Nə düşünürsən?