İngilis azarkeşlər canlı yayımda olan azərbaycanlı müxbirin başına oyun açdı

  • 31.05.2019
  • 0

29 may Bakı Olimpiya Stadionunda baş tutan Avropa Liqasının möhtəşəm final günü bütün dünya üçün böyük səs-küy yaradıb.

Bakıda keçirilən unudulmaz final, yaşıl meydanla yanaşı şəhərin mərkəzində də yaddaşlardan silinməyəcək izlər buraxıb. Hər kəsin böyük coşqu ilə qarşıladığı final günü maraqlı anlarla da yadda qalıb.

Həmin anlardan birini də ARB 24 telekanalının Bakı Olimpiya Stadionuna ezam olunmuş xüsusi müxbiri Azər İsmayılın başına gəlib.

Oyunun başlamasına az müddət qalmış ən son məlumatları çatdırmaq üçün canlı bağlantıya çıxan müxbir, çətin anlar yaşayıb.

Belə ki, stadiona daxil olmaq istəyən ingilis azarkeşlər Azər İsmayıla danışmağa və hərəkət etməyə imkan verməyiblər. Əcnəbi azarkeşlər komandalarına dəstək olduqlarını, kamera önündən böyük coşqu ilə keçərək göstəriblər.

Ən maraqlısı isə, ingilis azarkeşlərdən birinin oyun öncəsi müxbirin fotosunu çəkərək özündə xatirə kimi saxlaması olub.

Həmin bu maraqlı görüntüləri təqdim edirik:

Nə düşünürsən?