Qara “plyonka“lı maşınlar

30.05.2019 | 52 | 0

Avtomobilin ön və arxa yan şüşələrinə 100 faizlik “plyonka” vuran sürücülərin sayı son günlər sürətlə artmaqdadır.

Bu gün təkcə 10 dəqiqə ərzində apardığımız müşahidələr zamanı qara plyonkalı azı 10 maşın gördük.

Maraqlıdır ki, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədovun avtomobillərin arxa şüşələrinə pərdə və plyonka çəkilməsinə görə sürücülərin cərimələnməyəcəyini bildirən açıqlaması ətrafında müzakirələr gedir. Baxmayaraq ki, Vaqif Əsədov da onun adından yayılan fikirləri təkzib edib və bildirib ki, : “Avtomobillərə pərdə və plyonka vurulması ilə bağlı qanunda heç bir dəyişiklik edilməyib. Qanun “yox” deyirsə, mən necə “hə” deyə bilərəm? Bu yazılanlar hamısı şayiədir”.

Xatırladaq ki “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib. Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Dövlət standartını isə Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin belə müəyyən edib. Sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti,

Küləyə qarşı şüşələr üçün - 75 %

Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 %- həddindən aşağı olmamalıdır.

Onu da deyək ki, iqlim şəraitini nəzərə alaraq hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycan ərazisində sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir. Kim bilir, bəlkə də sürücülər bunu əsas götürüb də sui istifadə hallarına yol verirlər?

Nə düşünürsən?
Yüklənir...