Sabah üçün imsak və iftar duaları

  • 26.05.2019
  • 0

Orucun ən vacib şərtlərindən biri niyyət etməkdir.

Niyyət isə belədir. 

“Niyyət etdim Allah rizası üçün bugünkü Ramazan orucunu tutmağa”

Həmçinin hər gün imsak vaxtı oxunan dualar var. 

Ramazanın 23-cü gününün duası belədir.

“İlahi, bu ayda mənim günahlarımı yu, məni eyiblərdən təmizlə. Qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini bağışlayan Allah!”

İftar vaxtı isə həmişəki kimi bu dua oxunur. 

"İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla.”

Nə düşünürsən?