Pensiyaçılara şad xəbər!

  • 26.05.2019
  • 0

Bakının mərkəzi küçəsində bir qrup gənc polis tərəfindən saxlanılıb.

Bakının mərkəzi Nizami küçəsində (Fəvvarələr meydanı) bir qrup gənc üzərinə kriminal avtoritet Rövşən Lənkəranskinin fotoşəkli olan, üzərinə "VOR ZAKONE" yazılan, "Talış" yazılarn və səkkizgüşəli ulduzlar olan köynəklər geyindiklərinə görə polislər tərəfindən saxlanılıblar.

Ərazi olan şəxslərin verdiyi məlumata görə gənclrə polislər tərəfindən naməlum istiqamətə apardıqlarından onların aqibəti haqqında məlumatlanmaq mümkün olmayıb.

Çəkilən fotoşəkilləri oxucularımıza təqdim edirik:

Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq

"Müraciətləri nəzərə alaraq "Pensiya amnistiyası"nın verilməsini təklif edirik".

Bunu iqtisadi ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ildən "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır:

Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşotun xidməti yeri dəyişdirilib.

Axar.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdəki erməni səhifələrində yayılıb. Məlumata görə, Aşot Paşinyan Qarabağdan İrəvandakı Nubaraşen rayonunda olan hərbi hissəyə yerləşdirilib.

Məsələyə Ermənistan Müdafiə Nazirliyi də münasibət bildirib. Nazirliyin Mətbuat katibi Artsrun Ovannisyan Feysbuk səhifəsində yaydığı açıqlamada yenə Azərbaycanı ittiham edərək, dolayısı yolla həm Bakını yayılan xəbərlərin arxasında dayanmaqda ittiham edib, həm də özü də bilmədən yayılan şayiələri təsdiqləyib:

"Mən Azərbaycan stilindəki məqalə başlıqlarını şərh etməyəcəyəm. Ermənistan Silahlı Qüvvələrinin istənilən hərbçisi müxtəlif vaxtlarda və müxtəlif yerlərdə müxtəlif toplanış, imtahan və hərbi təlimlərdə iştirak edə bilər".

Prezident İlham Əliyev "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1586-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunlarına dair xidməti müşavirə keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən gecə vaxtı keçirilən genişmiqyaslı təlimlərin nəticələrini təhlil edərək qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib.

Nazir təlimlərin əhəmiyyətini qeyd edərək, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

General-polkovnik Z.Həsənov regiondakı mövcud hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanda baş verən daxili siyasi qarşıdurmanın qoşunların təmas xəttindəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyini də xüsusi qeyd edib.

Müdafiə naziri qoşunlara sərəncamda olan silahlardan istifadə etməklə düşmənin irimiqyaslı təxribatlarının qarşısını dərhal almağı tapşırıb.

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək göstərilməsi üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılsın.

Nə düşünürsən?