Qarğaların şok görüntüsü: Ölən qarğanı digər qarğalar "dəfn" etdi

  • 26.05.2019
  • 0

Oxu24.com xəbər verir ki, Dünyanın məşhur elmi kütləvi nəşrlərindən biri olan popular Saylinsla qarğalar haqqında hamını heyrətləndirəcək faktlar əksini tapıb. Araşdırmaqda qeyd olunan ən maraqlı faktlardan biridə bir qarğa öldükdən sonra digər qarğaların verdiyi reaksiadır. Alaqarğa adlı qarğa öz növündən olan başqa birinin ölüsünü gördükdə yemək axtarmağı dayandırır, və digərlərini səsləyir. Beləliklə başqa qarğalar ölü qarğanın ətrafında toplaşırlar. Qarğalar bundan sonra susur səsizcə ölü quşa yas tutmuş kimi tamaşa edirlər. Tədqiqatçılar rəngli ağacın parçalarına reaksiya göstərməyən qarğaların başqa qarğanın ölüsünü görəndə fərqli səs çıxardaraq quşları çağırdığını qeyd edirlər. Bir qarğa yerdə başqa qarğa ölüsü görərsə o çaşqınlıqla həyəcan siqnalı verir. Araşdırmalarda qarğaların bəzən aralarında ölmüş həmcinslərinin cəsədinin üstünü budaqlarla örtüb və yarpaqlar tökməyə çalışdıqlarıda göstərilir. Qarğalar həmçinin ən böyük düşmənini bayquşları görəndə digərlərini xəbərdar edirlər. Çağrışı eşidən digər qarğalar toplanıb düşmən üzərinə birgə yürüş edirlər. Tədqiqatçı Marsh Shwager qar]aların zəkası ilə əlaqəli bunları deyib. Qarğalar ən çox üzərində işləməyi sevdiyim quşlardır. Çünki çox ağıllıdırlar. Hətda sizdən daha ağıllı ola bilərlər. Alimlər hesab edirlərki qarğaların analtik fikirləşmə qabiliyyəti heçdə primatlardan geri qalmır. Onlar həryerdə adaptasia oluna bilərlər, və insanlarla yanyana yaşamağa öyrəşiblər. Onlar bütün planetdə mövcuddurlar Antarktida istisnadır. Qəribəsi odurki onlar insanlarla yanyana yaşamağı özləri seçirlər. Qarğalar insanlar kimi işıqforun hansı işığında keçməli olduqlarını bilirlər. Yığdıqları qozları yolun ortasına qoyaraq avtomabilin qozun üzərindən keçib qırmasını gözləyirlər. Daha sonra onlar səbirlə lazımı işığı gözləyərək yola qoyduqları qozu götürərlər. Həmçinin qarğalar bir birlərindən öyrənə bilirlər. Bu fantastik bir faktdır. Bundan başqa onlar ağaclarda ilişib qalmış yemi taxta parçaları ilə çıxara bilərlər. Qarğaların yaddaşı demək olarki bütün heyvanların yaddaşından üstündür. Aparılan eksperimentlər bunu təsdiq edir. Bir qrup tələbə fərqli qarğaları tələ vasitəsi ilə tutublar. Çəkilərini ölçdükdən sonra onları azad ediblər. Lakin qarğalar onları tutan tələbələri daha sonra mütəmadi olaraq hücum çəkiblər. Onların ağılları insanların arasında yaşamağı və hətda inkişaf etməyə kömək olub. Qarğalar sərçəkimilər fəsiləsindən və gorvus cinsindəndirlər. İri və pəncəli olan qarğalar çox vaxt qara rəngdədirlər. Qarğaların 150 - 300 il yaşadıqları deyilsədə əslində bu doğru deyildir. Qarğaların çoxu İnsan ömrünün yarısı qədərdə yaşamır. Təbiətdə qarğaların ömrü 15 - 20 il arasıdır. Bəzilərində isə daha az 4 - 8 ildir ancaq ev heyvanları kimi saxlanıldıqda qarğalar 30 vəya 40 il yaşaya bilərlər. Qarğaların birbirinə yaxın 2 növü vardır. Adi dolaşa və dünya dolaşası. Adi dolaşa Avropa Asia və Şimali Qərbi Afrikada yaşayır. Köçəri quşlardır. Kolonya halında yaşayırlar. İldə birdəfə aprel may ayında 3 - 6 ədəd yumurta qoyurlar.