Taksi sürücüsü binanın həyətində avtomatdan atəş açdı

26.05.2019 | 69 | 0

Rusiyada kütləvi dava zamanı odlu silahdan istifadə olunub. 

Ren.TV xəbər verir ki, hadisə Moskva vilayətində baş verib. 

Yaşayış kompleksinin həyətindəki davada bir neçə nəfər iştirak edib. Videodan görünür ki, hamının davanın bitdiyini düşündüyü an taksi sürücücü gözlənilmədən maşından avtomatı çıxararaq atəş açmağa başlayıb. Bildirilir ki, hadisə zamanı bir nəfər yaralanıb. 

Polis atəş açan şəxsi axtarır.

Nə düşünürsən?