Musa Yaqub kimdir?

  • 25.05.2019
  • 0

Xalq şairi Musa Yaqub kimdir?

Azərbaycan Respublikası Prezidentinin 25 may 2019-cu il tarixli Sərəncamı ilə Yaqubov Musa Səfiməmməd oğluna – Musa Yaquba Azərbaycan Respublikasının “Xalq şairi” fəxri adı verilmişdir.

Bəs Musa Yaqub kimdir?

Musa Yaqub 10 may 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.

Göyçay pedaqoji məktəbini bitirdikdən sonra 1957-1958-ci illərdə Tircan kənd orta məktəbində müəllim, 1958-1967-ci illərdə Buynuz kənd ibtidai məktəbində müəllim və müdir vəzifəsində işləmişdir. 1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil almışdır. Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçdükdən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, 1974-1978-ci illərdə "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1978-ci ildən İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olmuşdur.

Musa Yaqub ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Respublikası Milli Məclisinin I çağırışına deputat seçilmişdir.

M.F.Axundov adına mükafata da layiq görülmüş Musa Yaqub hazırda parkinson xəstəliyindən əziyyət çəkir.

"Tarpas" 

Nə düşünürsən?