Dinc ölkədə linç təhlükəsi

  • 25.05.2019
  • 0

Bu görüntü facebook sosial şəbəkəsində rastlaşdığım, son vaxtlar linç məhkəməsini özündə əks etdirən onlarla video görüntüdən biridir.

Bilməyənlər üçün deyim ki, görüntü müalifət fəalı Fuad Qəhrəmanlının qızını ötən ay küçədə təhqir edən bir gəncin digəri tərəfindən üzr istəməyə məcbur edilməsini əks etdirir.

Özü də bir halda ki, bu məsələ hüquq müstəvisində həllini tapıb. Təhqir etməkdə günahlandırılan gəncə 15 sutka həbs cəzası verilib. Sosial şəbəkədə böyük səs küyə səbəb olan digər bir görüntü isə Cəlilabadda lentə alınıb. Qız şagirdinə qarşı nalayiq hərəkət etməyə cəhd edən müəllimi bir qrup kənd sakini gecəyarı elə gecənin qaranlığına gömmək istəyiblər.Şiddətə məruz qalan müəllim təhqir və alçaldıcı hərəkətlərə məruz qalmaqla yanaşı qanına qəltan edilib. Linç məhkəməsini özündə əks etdirən onlarla belə fakt səsləndirə bilərəm. Əri tərəfindən saçı qırxılan qadından tutmuş, kameralar qarşısında lüt madərzan rəqs edən xanımalaradək. Fərqi yoxdur onları kameranın önündə linç edirlər, ya da sosial şəbəklərdə. İstənilən halda bir cəmiyyət üçün pis və sonuqaçılmaz olan faciədir.Çünki Azərbaycan kimi dünyəvi, hüquqi əsaslarla idarə olunan bir ölkədə belə linç faktları yaxşı heç nə vəd etmir. İllah da o halda ki, hüquq mühafizə orqanları öz işinin öhdəsindən yaxşı gəlir. Başqa sözlə cinayət cəzasız qalmır. Yeri gəlmişkən, 18-ci əsrin sonlarında Amerikada qaradərili insanlara qarşı tətbiq edilən, məhkəmə-istintaq qurulmadan linç etmənin tətbiqindən bu gün sözü gedən ölkədə əsər-əlamət qalmayıb. Demakratiyanın beşiyi statusunu daşıyan bu ölkədə linç məhkəməsini əks etdirən görüntülərin sosoial şəbəkədə yerləşdirilməsini indiki halda inanmıram ki kiminsə ağlının ucundan keçirə. O zaman demokratik prinsiplərə söykənən, gəlcəək hədəfləri inkişafa, tərəqqiyə köklənmiş Azərbaycanda belə neqativ hallar nəyə hesablanıb. Millət vəkili Fazil Mustafa deyir ki, hüququn tətbiqi dövlətə aid olan müstəsna funksiyadır və belə hallar dövlətin hüququna şərik qoşmaq mənasına gəlir.

Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, insanların bir-birinə qarşı aqresiyasını fiziki güc tətbiq etməklə və yaxud təhqir etməsi birmənalı şəkildə qanuna zidddir. Və belə hallarda qanunun gücünü göstərmək lazımdır.

Nəzarətsilik mühitində düşdüyü təqdirdə insan çox qısa bir vaxtda bəşəriyyətin əsirlərlə əldə etdiyi sivil normalardan geri çəkilməyə, vəhşilik dövrünə qayıda bilir. Cəmiyyətdə linç etmə faktlarının artmasından narahatlığını ifadə edən bloger Vüsal Məmmədov deyir ki, İnsan cəzasızlıq,xaos mühiti hiss etdikdə çox asanlıqla onun tərkib hissəsinə çevrilir. İndiki halda sosil şəbəklərdə təhqir, böhtana görə cəzasızlıq hökm sürdüyündən linç məhkəmələrinin virtual al

mdə yayılmasında heç kim bir maneə görmür.

Sərhədləri olmayan sosial şəbəkələrdə linç etmə görüntülərinin yerləşdirilməsi bir ölkədə nəinki qanunların çeynənməsi, həm də ölkənin imicinə çox ağır zərbədir. Sosial şəbəkələr bu minvalla nəyinki öz funksiyasından kənara çıxır, belə görüntülərə haqq qazandıran qaragüruh kütlənin küt beyninin bir küncündə kilitlənir qalır,təqdir edilir,təkrarlanır və bu minvalla sonunu təxmin etmək çətin deyil. Hüquq mühafizə orqanları da bunun fərqindədir və indiki halda linç etməyə ciddi mübarizə aparılır.Belə şəxslər istintaqa cəlb edilir və cəzalandırılır.

Nə düşünürsən?