Kosmosda uçan robotlar sınandı

  • 25.05.2019
  • 0

Beynəlxalq Kosmik Stansiyada "Astrobee Bumble" uçan robotunun ilk sınaqları başa çatıb.

Beynəlxalq Kosmik Stansiyada "Astrobee Bumble" uçan robotunun ilk sınaqları başa çatıb. Stansiyaya avtomatik rejimdə xidmət göstərəcək robot daha təkmil qurğuların yaradılmasına kömək edəcək məlumatlar toplayacaq.

Qalanews.com bildirir ki, "Bumble" stansiyada işləməsi nəzərdə tutulan robotlardan biridir. "Honey" və "Queen" adlanan digər iki robot astronavtların diqqəti elmi tədqiqatlara yönəltməsi üçün ekipaja kömək edəcək və gündəlik tapşırıqları yerinə yetirəcək. ABŞ Kosmik Agentliyinin (NASA) nümayəndələrinin fikrincə, bu, həmçinin stansiyada insanların sayını azaltmağa imkan verəcək.

"Astrobee" sisteminə robotlarla yanaşı, enerjidoldurma stansiyası daxildir. Agentlik nümayəndələrinin sözlərinə görə, robotlar Beynəlxalq Kosmik Stansiyada çəkisizlik şəraitində sərbəst uça biləcəklər. "NASA" mütəxəssislərinin qənaətinə görə, sistemin sınağı gələcək kosmik uçuşlar üçün təkmilləşdirilmiş yeni avadanlıq və proqramlar hazırlamağa imkan verəcək

Nə düşünürsən?