Yaşlı qadın evinə kamera YERLƏŞDİRDİ: Gözlərinə inanmadı

  • 24.05.2019
  • 0

Amerikalı Hannah Karver adlı yaşlı qadının evindən yeməklərin yoxa çıxması onu mənzilə gizli kamera yerləşdirməyə vadar edib.


Oxu24.com xarici KİV-lərə istinadən xəbər verir ki, analoji halın tez-tez təkrarlanması qadını həyəcanlandırıb. Lakin kameranın qeydlərini izləyən amerikalı, “yemək oğrusu”nu müəyyən edə bilib.


Sən demə, mətbəxdəki yeməkləri porsuq yeyirmiş. Lakin o, porsuğu zərərsizləşdirmək üçün tələ qurmayıb. Əksinə, porsuğun xoşladığı ərzaqları evin giriş qapısında qoyaraq, heyvanın daha rahat qidalanmasına şərait yaradıb.