Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin sədri, sabiq Mətbuat və informasiya naziri, yazıçı, publisist, 30-dan çox kitabın müəllifi və 25 il Milli Məclisdə deputat olaraq fəaliyyət göstərmiş Sabir Rüstəmxanlı Publika.az-ın “Xüsusi” layihəsinin qonağıdır.
Bir neçə gün öncə 73 yaşını qeyd etməsini bəhanə gətirərək Sabir Rüstəmxanlı ilə görüşüb, ötən bu illərə nəzər salaraq, ona müxtəlif mövzularla bağlı suallar ünvanladıq.