Yerə böyük meteroid düşdü: Polis əhaliyə xəbərdarlıq etdi

  • 23.05.2019
  • 0

Cənubi Avstraliya polisi keçən həftə Mount Gambier şəhəri yaxınlığında düşən metereoidin təhlükəsizlik kamerasına yansıyan görüntülərini paylaşıb.

Oxu24.com  xarici KİV-ə istinadən bildirir ki, polis paylaşdığı görüntüyə "xalqım, yadplanetlilərə diqqət edin"- açıqlamasını verib.

Cənubi Avstraliya polisi deyib ki, Gambier dağındakı təhlükəsizlik kameramız bu qeyri-adi atəş topunu çərşənbə axşam 22:46-da qeyd edib. Polis əhalini yadplanetlilərlə bağlı daha diqqətli olmağa çağırıb və hər hansı şübhəli məqama rast gəldiklərində polisə bildirmələri barədə xəbərdarlıq yayıb.

Polisin bu paylaşımı bir çox sosial media izləyicisi tərəfindən komik hesab edilib.