Fransada yaşayan azərbaycanlı pianoçudan maraqlı layihə

23.05.2019 | 3 | 0

Fransada yaşayıb fəaliyyət göstərən cazmen, pianoçu Etibar Əsədli növbəti maraqlı layihəsini təqdim edib. Azərbaycanın Əməkdar artisti Fərqanə Qasımova ilə birgə ərsəyə gətirdikləri “Şur” sinqlı artıq dinləyicilərin ixtiyarına verilib.

Gənc cazmen publika.az-a-a açıqlamasında bildirib ki, bu əsər “Psixodelik Muğam” adlı layihənin ilk klipidir:

"Layihəyə 4-5 sinql daxil olacaq. “Şur” onların birincisidir. Mən həmçinin bu layihənin musiqi prodüsseriyəm. Layihənin əsas məqsədi muğamın yeni səslənmələrini axtarıb tapmaqdır. Musiqiyə elektronik səslənmələr, psixodelik səslər əlavə etmişəm. Klipdə fransız rəqqasə İnes Aydat da rol alıb. Xatırladım ki, xoreoqrafiyanın quruluşu da klip boyu rəqs edən İnesin özünə aiddir. Klipin müəllifi isə Orxan Abbasovdur. Orxan Fransanın məşhur Film Məktəbinin məzunudur. Həm Fransada, həm də Azərbaycanda fəaliyyət göstərir.


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?
Loading...