Milyarder tələbələrin borclarını ödəyəcək

  • 22.05.2019
  • 0

Amerikalı milyarder Robert Smit "Morhaus” kişi kollecinin məzunları qarşısında çıxışı zamanı onlara çox vacib vəd verib. O, tələbələrin borclarını ödəyəcəyini bildirib.

Smit Atlanta şəhərindəki çıxışı zamanı bunun üçün xüsusi fond açacağını deyib. Robert fondun son kursda oxuyanların bütün borclarını "bağlamağa” xidmət edəcəyini söyləyib: "Bu ölkədə yaşayan bütün ailəm adından avtobusunuza yanacaq əlavə etmək istəyirik”.

Zaldakı tələbələr milyarderi ayaqüstə alqışlayıblar. Hələlik Smitin nə qədər xərcə düşəcəyi bilinmir. Kolleci 396 nəfər bitirir. Onların təxminən 10 milyon dollar civarında borcu ola bilər.

Kollecin prezidenti Smitin tələbələrə bir növ azadlıq bəxş edəcəyini deyib: "Çünki borc həm də azadlıqları məhdudlaşdırır”.

Tələbələrdən Robert Ceyms qulaqlarına inanmadığını söyləyir. Conatan Epps isə deyir ki, sevincdən özünə yer tapa bilmir./Bizimyol.info

Nə düşünürsən?