Məşhur müğənninin klipi Avropa ölkəsində aranı qarışdırdı

  • 22.05.2019
  • 0

Məşhur kanadalı pop müğənni Castin Biberin "I’ll Show You” klipi İslandiyada Fyadrarqlyufur kanyonunun bağlanmasına səbəb olub. Klipin çəkilişləri məhz bu sıldırımlı dərədə baş tutmuşdu.
Müğənni islandlara bilərəkdən zərər vurmayıb. Klipdən sonra kanyon xeyli məşhurlaşıb, Biberin fanatlarının kütləvi hücumuna məruz qalıb. Turistlər xeyli qadağalara məhəl qoymayıblar. Gələnlər hasarları aşır, milli parkın əməkdaşlarından gizlənirmiş. Axırda İslandiya hökuməti kanyona bütün girişləri bağlayıb.

Avropa ölkəsi məsələ ilə bağlı bəyanat yayıb. Burada Biber ittiham olunmur. Sadəcə, məşhur ictimai adamlara hərəkətlərinin sonrakı nəticəsi haqda düşünməyə çağırış var.

Son 7-8 ildə İslandiyada turistlərin sayı təxminən 4 dəfə artıb. 2011-ci ildə bu ölkəyə 600 min əcnəbi gəlmişdisə, keçən il onların sayı 2,3 milyon nəfər olub.

Biber həmin yerdə klipi 2015-ci ildə hazırlamışdı. Bu müddətdə baxış sayı 450 milyona çatıb./Bizimyol.info

Nə düşünürsən?