Bakıda dəhşət! : Əmisi arvadı ilə 10 il gizli intim əlaqədə oldu, sonra..

  • 21.05.2019
  • 0

Bakıda qısqanclıq zəminində əmisi arvadını öldürən şəxs Ali Məhkəməyə müraciət edib. Səyyar Tv milli.az-a istinadən bildirir ki, Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham edilərək təqsirli bilinən Hüseynov Rəsul Əlövsət oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı 13 illik həbs qərrından apelyasiya instansiyasına şikayət edib. Lakin Apelyasiya Məhkəməsi Rəsul Hüseynovun tələbini rədd etdikdən sonra o Ali Məhkəməyə müraciət edib və işin yenidən araşdırılmasını, barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İşə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, qətl hadisəsi 2018-ci il iyulun 17-də səhər saatlarında Pirallahı qəsəbəsində baş verib. Əmisi arvadı Qəhrəmanova Mariya Vladimirovnailə mübahisə edən R.Hüseynov onu qətlə yetirib. İstintaq materiallarına görə, R.Hüseynovun onunla eyni evdə yaşayan əmisi arvadı ilə yaxın münasibətləri olub və bu yaxınlıq on il gizli şəkildə davam edib. Qaynı oğlu ilə gizli eşq yaşayan qadın Rəsula yaxın günlərdə həbsdə olan əri Elşadın yanına uzunmüddətli görüşə gedəcəyini deyib. Bunu eşidən Rəsula qısqanclıq hissi hakim kəsilib. O, Mariya ilə mübahisə edib, otağın pəncərəsini sındırıb. Qadına ərinin yanına getməsinə iradını bildirib. Əsəblərini cilovlaya bilməyən Rəsul onu öldürmək qərarına gəlib. O, Mariyanın baş nahiyəsinə yumruqla güclü zərbə endirib. Sonra isə qollarından tutaraq onu itələyib. Qadının başı hamamın divarına çırpılıb. Aldığı xəsarətlərdən Mariya hadisə yerindəcə dünyasını dəyişib. Təqsirləndirilən şəxs qismində dindirilən Rəsul Hüseynov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. __________________________________________________________________ Hörmətli üzvlər, şahidi olduğunuz maraqlı hadisələrin video və fotolarını çəkib, bizə göndərə bilərsiniz. Whatsapp: +994 55 699 34 20 ► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur ► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp) ► İnstagram : https://www.instagram.com/Seyyar_Tv

Nə düşünürsən?