Dilarə yenə Miri Yusifin klipində

  • 21.05.2019
  • 0

Əməkdar artist Miri Yusif yeni layihəsini təqdim edib.  “Qafqazinfo” xəbər verir ki, müğənni sözləri Fariz Zeynallı, musiqisi Ceyhun Cabbaroğluna məxsus “Uyma”  adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib. 

Vüqar İslamzadənin rejissorluq etdiyi klipdə müğənni Dilarə Kazımova da yer alıb.  Dilarə fərqli və seksual obrazı ilə bütün marağı öz üzərinə çəkə bilib. 

Bu məqamda bildirək ki,  D. Kazımova ikinci dəfədir ki, həmkarının klipində rol alır.  O, bundan əvvəl  Miri Yusifin  “Ad günü” layihəsində rol alıb. 

Nə düşünürsən?