Qəssab Nüsrət qızıldan hamburqer hazırladı

  • 21.05.2019
  • 0

Məşhur qəssab Nüsrət Gökçə varlı müştəriləri üçün qızıldan hamburqer hazırlayıb.

“Ölkə.Az” xəbər verir ki, bu, sosial şəbəkədə gündəm mövzusu olub. Nüsrət qızıl hamburqerin 300 dollar qiyməti olduğunu açıqlayıb.

Nüsrət Dubay, Mayami və Nyu-Yorkdakı restoranlarında qızıla tutulmuş ət ilə varlı müştərilərini sevindirir. Bu dəfə isə o, qızıldan hamburqer hazırlayıb. Hamburqerin ətini və içindəki pendirini qızıl tozuna batırıb bişirən Nüsrət çörəyi də qızıla batırıb.

Qeyd edək ki, Nüsrət bir müddət əvvəl DJ Khaledin klipinə çəkilib.

Nə düşünürsən?