Azərbaycanlı gənc bu bacarığı ilə “Ginnesin rekordlar kitabı”na düşmək istəyir

  • 21.05.2019
  • 0

Gözübağlı rəsm çəkmək çoxlarına qeyri-adi gələ bilər. Görmədən necə çəkəsən axı... Lənkəranlı rəssam Vüsal Cabbarovu tanıdıqdan sonra, bu fikrimizdə yanıldığımızı gördük. Çünki Vüsal, sözün əsl mənasında, sevdiyi peşə ilə gözübağlı məşğul olur. Rəssamlıq sənətində inqilab etməyə hazırlaşan Vüsal Cabbarov bu qeyri-adi qabiliyyəti ilə "Ginnesin rekordlar kitabı”na iddialıdır.

Bax.tv AZƏRTAC-a istinadla xəbər verir ki, Vüsal qaranlıq dünyada rəsm çəkməyin maraqlı bir hiss olduğunu deyir.

Rəssam Lənkəranın Sütəmürdov kənd orta məktəbində tarix fənnini tədris edir. Uşaq yaşlarından nağıl personajlarına olan marağı və onları təsvir etməsi Vüsal Cabbarovun yolunu Lənkəran Uşaq Rəssamlıq Məktəbindən salıb. Dördillik təhsilini əla qiymətlərlə bitirən rəssam Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənətşünaslıq fakültəsinə daxil olub. 20 ilə yaxındır ki, gördüyü istənilən mənzərəni kətan və ağac üzərində çəkərək vizual təsvirini yaradır. Daha çox özünü tarixçi-rəssam kimi tanıtmağa çalışan Vüsal Cabbarov işinə maraq qatmaq üçün qeyri-adi addım atıb.Təsviri incəsənətlə peşəkarcasına məşğul olan Vüsal həmkarlarından fərqli formada, gözübağlı rəsm çəkir. Rəssam bu bacarığının sirrini belə izah edir: "Xəyalımda canlandırdığım istənilən əşyanı, obyekti, mənzərəni gözümü açmadan kağız və ya kətan üzərinə köçürə bilirəm. Xüsusi barmaq işarələri ilə onların portretini, kəllənin uzunluğunu və eninə olan nisbətini, tam ölçüləri beynimdə canlandırıb çəkirəm. Bilirəm ki, məsələn Nizami Gəncəvi, İmadəddin Nəsimi, Molla Pənah Vaqif kimi dahi şəxsiyyətlərin portret cizgiləri hansı formada olur”.

Biz də gənc rəssamın bu qabiliyyətini sınağa çəkib, gözlərini parça ilə bağladıq. Gözü bağlı halda rəssam İmadəddin Nəsiminin portretini çəkərək, hər kəs kimi bizi də çox təəccübləndirdi. O, 2 dəqiqə ərzində dünyanın tanınmış şəxsiyyətlərinin portretlərini çəkməklə xüsusi bacarıq nümayiş etdirir. Vüsal Cabbarov deyir ki, gözləri bağlı olsa da, beynindəki təsviri barmaqlarında canlandırmaq onun üçün çox asandır. Bu xüsusiyyətinə görə dünyada ilk və yeganə rəssam olduğunu deyən Vüsal əsasən portret janrına üstünlük verir.

Adının "Ginnesin rekordlar kitabı”na düşməsi arzusunda olan rəssam təsviri incəsənətdə öz fərqli üslubunun olduğunu iddia edir və natamam qalmış portretlərini tamamladıqdan sonra əl işlərindən ibarət böyük sərgi keçirməyi planlaşdırır.

Azərbaycan məktəblərində rus bölməsinə qəbulla bağlı imtahan keçirilməsi məsələsi yenidən gündəmə gəlib.

Bakı Şəhər Təhsil İdarəsinin bu ildən etibarən belə bir qərar verməsi ictimaiyyətdə hələ də birmənalı qarşılanmır. Rus bölməsində övladlarına təhsil vermək istəyən valideynlər də bu məsələdə çox narahatdırlar.

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Qadir İbrahimli məktəblərdə rus bölməsinin əleyhinə olduğunu deyib.

Onun sözlərinə görə, bununla belə rus bölməsinə qəbulla bağlı rüsvayçılıq davam edir:

“Bakı təhsil idarəsi rus bölməsinə qəbulla bağlı xüsusi komissiya yaradıb ki, I sinifə qəbulla bağlı imtahan aparsın. Adam havalanır. I sinif hara, imtahan hara? Avropada artıq ali məktəblərə qəbul imtahanı ləğv edilir, bizim "ağıllılar" isə I sinifə qəbul imtahanı salıb. Bu "ağıllıların" məntiqinə görə uşaq 3 il "qəbul imtahanı"ndan kəsilsə, məktəbə 9 yaşında getməlidir. Təbii ki, rüşvət tələsidir. Təhsil məmurlarının rüşvət fantaziyası sərhəd tanımır”.

Alçina Amilqızı

Cebhe.info

Nə düşünürsən?