Ronaldo kubokla oğlunun başını əzdi

  • 20.05.2019
  • 0

“Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldo “Seria-A” çempionluğunu meydanda qeyd etdiyi vaxtda təsadüfən əlində tutduğu kubokla oğlunun alnını əzib.

Hadisənin görüntüsü “Cristian Ronaldo” “Telegram” kanalında yayılıb.

Ronaldo ilə birlikdə onun çempionluq sevincini nişanlısı Corcina Rodriges, anası Dolores Aveyru və oğlu Kriştianu (kiçik) qeyd edib. Balaca Kriştianu zərbədən xəsarət almayıb və çox keçmədən atası ilə kubokla şəkil çəkdirib.

Xatırladaq ki, mayın 19-da “Yuventus” İtaliya çempionatı çərçivəsində son ev oyununu keçirib. “Atlanta” klubuna qarşı matç 1:1 hesabı ilə başa çatsa da, turinlilər hələ aprelin 20-də “Seria A” çempionluğunu təmin edib. Bu “Qoca sinyoranın” ardıcıl səkkizinci İtaliya çempionluğudur.(oxu.az)

Nə düşünürsən?