Bakıda İngiltərə tarixi ilə bağlı olan personajların küçə gəzintiləri keçirilir

  • 20.05.2019
  • 0

Bakıda keçiriləcək Avropa Liqasının final matçından əvvəl Yerli Təşkilat Komitəsi təbliğat məqsədli kampaniyaya start verib.


"Report"un məlumatına görə, İngiltərə tarixi ilə bağlı insanların geyimlərində olan aktyorlar şəhər küçələrində gəzintiyə başlayıblar. Onlar arasında "Şerlok Holms", "Çarli Çaplin" və "Ceyms Bond" kimi tanınmış personajlar da var. Bu kampaniya bir müddət davam edəcək.


Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək.

Nə düşünürsən?