“ Böyük Dəbilqə ” turnirinin gümüş medal sahibi Nicat Şıxalizadə | Müsahibə

  • 20.05.2019
  • 0

Bildiyiniz kimi mayın 10-da Heydər Əliyev adina İdman Sarayında startı verilmiş Bakı “Böyük dəbilqə” turnirinə yekun vurulub.

Yarışın sonuncu günündə Azərbaycan cüdoçuları daha üç medala sahib olublar. İdmançılarımızdan Məmmədəli Mehdiyev əzmlə mübarizə apararaq gümüş medala yiyələnib. 90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz ardıcıl olaraq Avtandili Tçrikişvili, türkiyəli Mert Şişmanlar, hollandiyalı Yesper Smink və macarıstanlı Kristian Tot üzərində qələbə qazanıb və finala yüksəlib. Təmsilçimiz həlledici qarşılaşmada 2017-ci ilin serbiyalı dünya çempionu Nemanya Maydova məğlub olub. Digər cüdoçularımız Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+ 78 kq) isə bürünc medala layiq görülüblər.Bununla da cüdoçularımızın qazandıqları medalların sayı yeddiyə yüksəlib.

Xatırladaq ki, yarışın əvvəlki günlərində Hidayət Heydərov (73 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) gümüş, Rüstəm Orucov (73 kq) və Telman Vəliyev (73 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan millisi (1qızıl, 2 gümüş, 4 bürünc) ümumi komanda hesabında Yaponiya və Braziliyadan sonra üçüncü yeri tutub.

Əlbəttə, Bakıdaca keçirilən Dünya çempionatındakı fiaskodan sonra belə bir mötəbər, 56 ölkənin nümayəndələri qatılan  Qran-pridə 7 medal qazanmağımız  bizi sevindirməyə bilməz, amma..

Qadın yığma komandamızda necə ki Kindzerska təkbaşına bizə nəticə verirdi situasiya belə də davam etməkdədir. Və 14 nəfərlə turnirə qatılaraq yenə yalnız İrinanın fərqlənməyi bizi məyus etməyə bilməz. Ən azı ona görə ki, cüdoçularımızın  yarışa hazırlanması üçün federasiya rəhbərliyi tərəfindən bütün lazımi şərait yaradılır və istər qadın, istər kişi cüdoçularımız yalnız tatamidə döyüşə köklənməsi üçün məşq proseslərinə heçbir maneə törədilmir.

O ki qaldı kişi cüdoçularımıza, burada vəziyyət azda olsa yaxşılığa doğru tərpənir. Düzdü, yenə Orxan Səfərov (60 kq) və Elmar Qasımov(100kq) psixoloji tərəfdən hazır olmadıqları üçün yersiz məğlubiyyətlərlə üzləşirlər, yenə uzun illər qeyri-stabilliyi ilə seçilən Nicat Şıxəlizadə gözlənilməz qələbələrindən sonra gözlənilməz məğlubiyyətlərə uğrayır. Lakin Hidayət Heydərovun(73 kq) yarışdan yarışa güclənməsi, həmin çəkidə Rüstəm Orucovun stabil yüksək forma nümayişi bizə Tokio Olimpiya Oyunlarına optimizimlə baxmağa imkan verir. Məmmədəli Mehdiyevin gözəl çıxışıda Olimpiyada ümidlə qatılmağəməza təkan verir. Və bir daha təkcə legionerlərlə deyil, öz yetirmələrimizədə güvənməyimizin həbəs yerə olmadığını göstərir.

Nə düşünürsən?