Paşinyanın tərəfdarları məhkəmələri mühasirəyə alıb

  • 20.05.2019
  • 0

Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları ölkə boyu məhkəmə binalarını mühasirəyə alıblar. FaktXəbər bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, Ermənistanın Məhkəmə-Hüquq Şurası şənbə günü sabiq prezident Robert Köçəryanın həbsdən buraxılması barədə qərar qəbul edib.

Buna cavab olaraq Nikol Paşinyan bazar günü tərəfdarlarını ölkədəki bütün məhkəmə binalarını blokadaya almağa və oraya heç kimi buraxmamağa çağırıb.

Həm İrəvan, həm də digər regionlarda məhkəmə binalarının mühasirəyə alınması barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.

Ermənistanın ədliyyə nazirinin sabiq müavini Ruben Melikyan Facebook səhifəsində yazıb ki, İrəvanın Açapnyak rayon Məhkəməsinin pəncərələri sındırılıb.

Prezident Armen Sarkisyan bütün vətəndaşları qanunları qorumağa və sabitliyi pozmamağa çağırıb.