Aqrar sığorta haqqında qanun

  • 18.05.2019
  • 0

Yaxın vaxtlarda ölkədə kənd təsərrüfatı sahəsində sığorta mexanizmi işə düşəcək. Bununla bağlı ciddi hazırlıqlar görülür. Artıq Aqrar sığorta haqqında yeni qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib. 

“Ümumilikdə hansı sistem işlək olacaq bu məslə oz təsdiqni tapıb. Yalnız hüquqi tənzimləmələr aparılır . Düşünürk ki, bu ilin sonuna qədər qanun qəbul edilər və müvafiq qurumları yarada bilərik” 

Mirzə Əliyev deyir ki, aqrar sığorta ölkədə idxaldan asılılığın azalmasına və ixrac potensialının artmasına təkan verəcək, ərzaq təhlükəsizliyinin güclənməsinə ciddi təsir göstərəcək. Ümumilikdə, yeni qanun həm fermere, həm də dövlətə xeyli divident gətirəcək.

“Gələn il üçün biz artıq yeni sığorta qanununun işə salıb ölkədə tam şəkildə aqrar sığortanı işə sala biləcəyik” 

Qeyd edək ki, qanun işə düşdükdən sonra kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu və nəhayət, üçüncü şəxslərin hərəkətləri kimi risklərin bir və yaxud bir neçəsindən sığortalana biləcəklər. 

Nə düşünürsən?